Ukrayna Baş Qərargahı Rusiyanın verdiyi itkiləri AÇIQLADIbackend

“Fevralın 24-dən Rusiya qoşunlarının Ukraynada şəxsi heyət baxımından itkilərinin sayı 9 166 nəfərdir”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Eyni zamanda bildirilib ki, Rusiyaya məxsus 251 tank, 939 zirehli döyüş maşınları, 105 ədəd artilleriya sistemləri, 50 ədəd reaktiv yaylım atəş sistemi, 18 ədəd hava hücumundan müdafiə sistemləri, 33 ədəd təyyarə (müəyyənləşdirilir), 37 ədəd helikopter, 404 ədəd avtomobil avadanlığı, 2 ədəd yüngül sürətli qayıqlar, 60 sistern, 3 kəşfiyyat PUA-sı ələ keçirilib.

“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib”, – deyə Baş Qərargah qeyd edib.