Rusiya hökuməti perspektivli “Soyuz-5” daşıyıcı aparatının və “Baiterek” kosmik raket kompleksinin uçuş sınaqlarını keçirmək üçün komissiya yaratmağı planlaşdırır.
Müvafiq layihə rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sənəddə qeyd olunur ki, komissiya 2025-ci ildə yaradılacaq, onun tərkibinə Rusiya və Qazaxıstandan nümayəndələr daxil olacaq.
Mart ayında “Roskosmos” dövlət korporasiyası sınaq üçün “Soyuz-5” daşıyıcı raketinin birinci mərhələsinin nümunəsini göndərib. Birinci mərhələdə olan yanacaq və oksidləşdirici çənlər yerüstü eksperimental sınaqlar zamanı artıq bir sıra sınaqlardan keçmişdir.