Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gennadi Askaldoviç bildirib ki, Ukraynada kanonik pravoslavlığın təqib edilməsi müasir Avropa tarixində ən böyük konfessiyalararası münaqişəyə səbəb ola bilər. Bu barədə RİA Novosti məlumat yayıb.
“BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda keçirilən iclasında Kiyevin kanonik pravoslavlığı təqib etmək üzrə dövlət siyasətinin təhdidedici nəticələrinə diqqət çəkilib ki, bu da Avropanın müasir tarixində ən böyük konfessiyalararası münaqişəyə gətirib çıxara bilər”.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski kanonik Ukrayna Pravoslav Kilsəsinin və Rus Pravoslav Kilsəsinin 10 nümayəndəsinə qarşı şəxsi sanksiyalar haqqında fərman imzalayıb.
Onun əlavəsində barələrində beş il müddətinə sanksiya tətbiq edilən şəxslərin siyahısı göstərilir. Xüsusilə, bunlar Ukraynanın dövlət mükafatlarından məhrum edilməsini nəzərdə tutur.
Mənbə: RİA Novosti
İctimai.az

