Rusiyada Peugeot avtomobilləri geri çağırılırbackend

Fransanın Peugeot şirkəti 21 avtomobilini təmir üçün Rusiya bazarından geri çağıracaq.

İctimai.az xəbər verir ki, bu barədə “Rosstandart” məlumat yayıb.

“2021-ci ilin dekabrından 2022-ci ilin iyuluna qədər satılan 21 Peugeot 408 avtomobili geri çağırılmalıdır. Avtomobillərin geri çağırılmasına səbəb qabaq duman əleyhinə faraların düzgün quraşdırılmamasıdır ki, bu da onların işıq şüasının yanlış istiqamətinə səbəb ola bilər”.

Qeyd olunur ki, dilerlər avtomobil sahiblərini avtomobilin pulsuz təmir üçün yaxınlıqdakı dilerlərə aparmasının zəruriliyi barədə məlumat verəcəklər.

Mənbə: Gazeta.ru

İctimai.az