Pentaqonun keçmiş müşaviri Makqreqor NATO-nun dağılacağını proqnozlaşdırıbbackend

Pentaqonun rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor NATO-nun dağılacağını proqnozlaşdırıb.

İctimai.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna ilə bağlı erkən danışıqlar aparılmasa, alyans mövcud ola bilməyəcək.

FAN onun sözlərindən sitat gətirib: “Əgər biz sürətli danışıqlara başlamasaq, bu, NATO-nu məhv edəcək”. “Əgər biz NATO-ya daha çox təzyiq göstərsək, alyans dağılacaq”. Bundan əvvəl İctimai Xəbərlər Xidməti NATO-nun baş katibi Yens Stoltenberqin ABŞ-a səfər edəcəyini yazmışdı. Alyansın mətbuat xidmətindən bildirilib ki, səfər fevralın 7-dən 9-dək baş tutacaq.

Mənbə: Gazeta.ru

İctimai.az