Rusiya Federasiyası Qırğızıstandan olan miqrantların leqallaşdırılması müddətini sentyabrın 10-dək uzadıb.
Bu barədə TASS respublikanın xarici siyasət idarəsinə istinadən xəbər verir.
“Rusiya Federasiyası Prezidentinin Rusiyada qeyri-qanuni yaşayan xarici vətəndaşların, o cümlədən Qırğızıstan Respublikasının vətəndaşlarının hüquqi statusunu tənzimləmək imkanı verən fərmanının müddətinin 2025-ci il sentyabrın 10-dək uzadılması elan edilib”, – deyə departament qeyd edib.
Fevralın 5-dən Rusiyada ölkədə qeyri-qanuni yaşayan əcnəbi vətəndaşlar üçün ölkədən çıxarılma miqrasiya rejimi qüvvəyə minib. Buna əsasən, qanunsuz əcnəbilər ölkədən çıxarılanadək nəzarət edilən şəxslərin reyestrinə daxil edilməlidir. Xaricetmə rejimi belə vətəndaşların müəyyən hüquq və azadlıqlarının məhdudlaşdırılmasını nəzərdə tutur. O cümlədən, onlar daxili işlər orqanının icazəsi olmadan yaşayış yerini dəyişdirə və ya qala, yaşadıqları rayondan kənara gedə, nəqliyyat vasitələrini idarə edə, əmlak, o cümlədən daşınmaz əmlak əldə edə, bank xidmətlərindən istifadə edə bilməyəcəklər.