Rusiyanın Ukraynadakı müharibədə itkiləribackend

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 80 860 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 840 tank, 5 742 zirehli maşın, 1 837 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 206 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 507 PUA, 399 qanadlı raket, 16 gəmi/qayıq, 4 295 avtomobil texnikası və avtosistern, 160 xüsusi texnikadan ibarətdir.