Sabah Masallı rayonunun dörd kəndində qazın verilişi dayandırılacaq.
“Report”un məlumatına görə, Masallı rayonu Bambaşı kəndində 2024-2025-ci il payız-qış mövsümünə hazırlıq tədbirlər planına uyğun olaraq müxtəlif diametrli siyirtmələrin quraşdırılması üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1900 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.