Şabranda çaydan meyiti tapılan şəxslərin kimliyi MƏLUM OLUBbackend

Şabranda çaydan meyiti tapılan iki nəfərin kimliyi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, aprelin 16-sı saat 10 radələrində yağan güclü yağış nəticəsində Şabran rayonun Xəlifəlilər kəndinin ərazisindən 1970-ci il təvəllüdlü Neftçala rayon sakini Yaşar Musaoğlu Rəsulovun idarə etdiyi 90-EL-733 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil çaya aşıb.

Hadisə zamanı avtomobildə iki sərnişin olub.

Yaşar Rəsulov tapılaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaət bəxş qiymətləndirilir.

Lakin sərnişinlər – 1966-cı il təvəllüdlü Sabirabad rayon sakini Nurməmməd Qəhrəman oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Salyan rayon sakini Etibar Hafiz oğlu Nağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Axtarışlardan sonra onların meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.