Suqovuşanda beşinci mərtəbədən yıxılan uşaq vəfat etdibackend

Azərbaycanda azyaşlı binadan yıxılaraq vəfat edib.

İctimai.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Suqovuşana köçürülən ailələrin yaşadığı binada qeydə alınıb.

2022-ci il təvəllüdlü Ö.Ağazadə yaşadıqları binanın beşinci mərtəbəsinin eyvanında oynayarkən oradan yıxılıb.

Azyaşlı xəstəxanaya çatdırılanadək ölümü qeydə alınıb.