Şahin İsmayılov: Mehriban xanım Əliyeva ölkəsini sevən, onun uğurları üçün çalışan əsl azərbaycanlı və dövlət xadimidirbackend

“Hər bir dövlət zaman-zaman idarəetmənin təkmilləşdirilməsi, çeviklik, müasir çağırışlar və bir sıra amillərə görə müxtəlif konstitusion dəyişikliklər edir. Təbii ki, bu dəyişikliklər zərurətdən irəli gəlir. 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendum da bu qəbildən olan zəruri hadisə idi. Referendum özündə əsaslandırılmış şəkildə ümumxalq səsverməsinə çıxarılan məsələləri əks etdirirdi və xalqın iradəsi ilə üst-üstə düşürdü. Referendum aktında yer alan vacib məsələlərdən biri də Birinci vitse-prezidentlik institutu ilə bağlı idi. Bu təsisat dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu”. Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Birinci vitse-prezident təyin olunması son illərdə dövlət idarəçiliyində baş verən önəmli hadisələrdəndir: “O, bu təyinata qədər ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, Heydər Əliyev məktəbinin yetirməsi olan parlaq sima və Prezident İlham Əliyevin yaxın silahdaşı olmuşdur. Onun fəaliyyəti yalnız xoş sözləri təcəssüm edir. Bu barədə danışarkən xalqa və dövlətə xidmətindən kifayət qədər nümunələr göstərmək olar. Onun Birinci vitse-prezident kimi fəaliyyətə başlamazdan əvvəl ölkəmiz üçün göstərdiyi uğurlu xidmətlərindən ən önəmlisi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətidir. Fond Mehriban xanımın təşəbbüsləri əsasında və onun rəhbərliyi altında sosial-humanitar fəaliyyəti ilə ölkəmizdə əvəzsiz işlər görmüş, eyni zamanda ölkəmizin təbliği üçün çox sayda önəmli layihələrə imza atmışdır. Mehriban xanımın qanunvericilik hakimiyyətində təmsilçiliyi də yüksək səviyyədə olmuşdur. Amalı ölkəmizi firavan görmək olan Mehriban xanım insanları, ətraf mühiti və mənəvi dəyərləri qoruyan əsl azərbaycanlıdır. Onun fəaliyyətində insanlara sevgi, humanizm dəyərləri xüsusi yer tutur. O, peşəkar idarəçiliklə yanaşı vətəndaşlara ana qayğısı ilə yanaşmış, hər zaman mərhəmət nümayiş etdirmişdir. Mehriban xanım həm də dünyada Azərbaycan xanımı obrazını ən yüksək şəkildə təqdim edir. Onun fəaliyyətinin coğrafiyası və istiqamətləri geniş spektrlidir. Bütün bunlar onun dövlət idarəçiliyində ən yüksək səviyyədə təmsil olunmasını səciyyələndirir.

“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır” söyləyən Mehriban xanım insanlara əhəmiyyətli çağırış etmişdir. Bu çağırışı istər dövlət idarəçiliyində, istər ictimai-siyasi məsələlərdə əsas götürmək vacibdir. O, ölkəsini sevən, onun uğurları üçün çalışan əsl azərbaycanlı və dövlət xadimidir”, – deyə deputat qeyd edib.