Şahzadə Uilyam və Keyt Middlton övladları ilə Qələbənin 80 illiyi şərəfinə keçirilən paradda görünüblərbackend

Şahzadə Uilyam və Keyt Middlton övladları ilə İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçirilən parada qatılıblar.

Fotolar Daily Mail saytında dərc olunub.

Şahzadə Uilyam ictimaiyyət qarşısına tünd göy rəngli hərbi formada, həyat yoldaşı isə Emilia Wickstead istehsalı olan bənövşəyi qat-qat paltoda, eyni rəngdə Şon Barretin yaylı papağında, Gianvito Rossinin bej rəngli hündürdaban ayaqqabılarında və sırğalarda çıxıb. 10 yaşlı şahzadə Şarlotta tünd göy rəngli palto, paltar və qara ayaqqabı geyinib. 11 yaşlı Şahzadə Corc və 7 yaşlı Şahzadə Lui tədbirə ağ köynək, tünd kostyum və ayaqqabıda qatılıblar. Paradda Böyük Britaniya kralı III Çarlz və Kraliça Kamilla da iştirak edirdi.

22 mart 2024-cü ildə Şahzadə Uilyamın həyat yoldaşı profilaktik kimyaterapiyanın ilkin mərhələlərini keçdiyini elan etdi. Keyt Middlton xərçəngin qarın boşluğunda cərrahiyyə əməliyyatından sonra aparılan testlər zamanı aşkar edildiyini açıqlayıb.