Tanınmış teleaparıcı Saleh Bağırov yerli televiziyaların proqram siyasətini və efirə çıxarılan “aşağı səviyyəli” məzmunları sərt şəkildə tənqid edib.
İctimai.az xəbər verir ki, “Sabaha saxlamayaq” proqramında çıxış edən aparıcı, son vaxtlar efirlərdə yaşanan biabırçılıqlara qarşı öz etirazını bildirib.
”Reytinq xatirinə hər şeyə göz yumulur”
Aparıcı qeyd edib ki, televiziyanın gücündən yanlış məqsədlər üçün istifadə olunur. Onun sözlərinə görə, efirə çıxarılan bəzi şəxslər və aparıcılıq sənətinə aidiyyatı olmayan insanlar cəmiyyətin mənəviyyatına zərər vurur. Bununla belə, təsadüfi insanların cəmiyyətə nümunə kimi təqdim olunması, efirdə keyfiyyətin reytinqə qurban verilməsinə səbəb olur.
Bağırov etirazını genişləndirərək, bildirib ki, aparıcılıq sahəsinə xələl gətirən insanlar efiri ələ alır, insanların ruhunu korlayır.
Belə ki, o “camaat bunu istəyir” adı ilə efirlərin səviyyəsini aşağı salan verilişləri və söhbətləri sərt tənqid edib.
Sosial mediada aparıcının fikirləri xeyli dəstək toplayıb.
Nərgiz Vəlizadə















