Yakut “şaman” Aleksandr Qabışevin ixtisaslaşdırılmış psixiatriya xəstəxanasından ümumi müəssisəyə köçürülməsi rədd edilib. Bu barədə Primorye məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Yelena Oleneva RİA Novosti-yə müsahibəsində bildirib.
O qeyd edib ki, müvafiq qərarı Primoryenin Ussuriysk rayon məhkəməsi verib.
2021-ci il iyulun sonunda Yakut məhkəməsi Qabışev üçün məcburi müalicəyə qərar verdi. Həmin şəxs Rusiya Milli Qvardiyasının zabitinə qarşı güc tətbiq etməkdə təqsirli bilinib. Onun intensiv nəzarət altında müalicəsi tələb olunub. Şamanın vəkili məhkəmənin qərarı ilə razılaşmayıb.