Sankt-Peterburqda iki yaşlı uşaq təzyiq həbləri yeyərək sonda reanimasiyaya düşübbackend

Sankt-Peterburqda azyaşlı uşaq təzyiq həbi yeyib və ağır vəziyyətdə reanimasiyaya aparılıb. Bu barədə “Konkretno.ru” Telegram kanalı məlumat yayıb.

Hadisə mayın 7-də Budapeşt və Bela Kun küçələrinin kəsişməsində yerləşən mənzildə baş verib. İki yaşlı uşaq valideynlərinin səhlənkarlığı ucbatından on həb hipertoniya dərmanı yeyib. Daha sonra eyni həblərdən doqquzu akvariumda tapılıb. Böyüklər dərhal təcili yardım çağırıblar.

Uşaq dərmandan zəhərlənmə əlaməti ilə 5 saylı Filatov Uşaq Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir, oğlan reanimasiyadadır.