Sarayda şagird məktəbin binasından yıxıldıbackend

Hadisə ikinci növbənin son dərsi bitdikdən sonra baş verib. Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və şagird xəstəxanaya yerləşdirilib.

Bu barədə Abşeron-Xızı regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayon Saray qəsəbəsində 8-ci sinif şagirdi 2 nömrəli məktəbin üçüncü mərtəbəsindən yıxılıb:

“Abşeron-Xızı regional Təhsil İdarəsinin əməkdaşları və məktəb rəhbərliyi şagirdi xəstəxanada ziyarət ediblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, birgə araşdırmalar aparılır. Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir”.