Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatlarına görə, Burkina Faso, Çad, Mali, Mavritaniya və Niger kimi Sahel ölkələrində hər il 500 min insan saxta dərmanlar səbəbindən ölür.
UNODC-nin dərc etdiyi “Saheldə Dərman Məhsullarının Qaçaqmalçılığı” adlı hesabatda dərman vasitələrinə çatmanın çətinliyinin saxta dərmanların istifadəsini artırdığı bildirilib.
Tələb-təklif balanssızlığının ölümləri artırdığına diqqət çəkən hesabatda, sözügedən Sahel ölkələrində hər il 500 min insanın saxta dərmanlar səbəbindən öldüyü vurğulanıb.
Hesabatda ölüm səbəbləri arasında saxta və qeyri-standart malyariya dərmanları və antibiotiklərdən istifadə göstərilib.
Mənbə: AA
İctimai.az
