Qazaxıstanda uşaq 11 maqnit udubbackend

Qazaxıstanda cərrahlar maqnit toplarını udan balaca uşağın həyatını xilas ediblər.

İctimai.az xəbər verir ki, qarında şiddətli ağrılar və qusma ilə müşayiət olunan uşaq təcili yardım maşını ilə Karaqanda rayon uşaq xəstəxanasına aparılıb.

Həkimlər müayinə zamanı balaca xəstənin mədəsində 11 maqnit top tapıblar. 

Hazırda uşaq reanimasiya şöbəsində həkim nəzarətindədir.

Mənbə: Ekaraganda.kz.

İctimai.az