Qalıq yanacaqdan istifadə dövrü sona çatacaq. RİA Novosti xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.
“Əlbəttə, bu, bizim hamımıza aydındır: qalıq yanacaq erası başa çatır. Bizim hamımız üçün bu, sənaye proseslərini dəyişdirmək deməkdir”, – kansler bildirib.
O, həmçinin Rusiya ilə ticarət əlaqələrini kəsdikdən sonra Almaniyaya qaz verdiyinə, o cümlədən yeni yataqların işlənməsinə görə Norveçə minnətdarlığını bildirib.
Mənbə: RİA Novosti