Şəhid, qazi və müharibə qəhrəmanlarına dövlət qayğısıbackend

Cari ilin avqust ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse prezident Mehriba xanım Əliyeva Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmişlər.

Möhtərəm Prezident bildirmişdir ki, hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bildiyiniz kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, Qarabağ müharibəsində şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə və qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Onun əsas məqsədi bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirməsi, onların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsidir.

Ölkəmizdə müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi sahəsində də ardıcıl və planlı şəkildə iş aparılır. Elə həmin gün Ali Baş Komandan tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, habelə müharibə əlillərinə 50 avtomobil təqdim edilmişdir. Nəzərə almaq lazımdır ki, indiyədək 7200 müharibə əlili avtomobillə təmin olunmuşdur və bu il ərzində daha 160 avtomobilin verilməsi nəzərdə tutulmuşdur. 1997-ci ildə bu günə qədər şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev verilmişdir. Növbəti 4 il ərzində daha 11 min fərdi ev və mənzilin verilməsi nəzərdə tutulmuşdur.

Şəhidlərin ailə üzvlərinin və müharibə veteranlarının işlə təmin olunması məsələsində ciddi uğurlar əldə edilmişdir. Belə ki, son 7 ayda 52 min nəfər işlə təmin olunmuş, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilmişdir. Cari ilin əvvəlində bu günə kimi 26 min 200 nəfər reabilitasiya vasitəsi ilə təmin olunmuş, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilmişdir. Şəhid ailələri üzvlərinin, qaziərin və müharibə iştirakşılarını orta aylıq əməkhaqqı 2018-2020-ci illər ərzində 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artmışdır.

İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 26 min nəfərə 36 min xidmət göstərilmişdir. Belə ki, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər edilmişdir ki, bu da orta hesabla hər insana 2 ödəniş deməkdir. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilmişdir. Ümumilikdə 180 nəfərdən çox insanın protezə ehtiyacı vardır və artıq onlardan 140 nəfəri protezlərlə təmin olunmuşdur. Həmin protezlər onların normal həyata qayıtmasına kömək etmişdir.

Xalqımız son otuz il ərzində arzusunda olduğu Qarabağa qovuşmuş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Nəzərə alsaq ki, son üç yüz il ərzində biz bir millət kimi ancaq ərazilərimizin işğalı tarixini yaşamışıq. Nəhayət Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu bu əzabverici və aşağılayıcı “tilsimi” sındırmışdır. Bu müharibədə qazandığımız zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış və gələcək nəsillər də bu qələbə ilə fəxr edəcəklər.

Müharibədə qazandığımız qələbə nəticəsində ölkəmiz Ermənistanla sərhədləri tam nəzarətə götürmüş və hakim yüksəkliklərə nəzarət edir. Eyni zamanda, Azərbaycan işğaldan azad etdiyi yeddi rayon ilə yanaşı Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, həmçinin Suqovuşan qəsəbəsinə  də tam nəzarət edir. Həmin ərazilərin strateji əhəmiyyəti göz önündədir. Belə ki, əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaqdır. Çünki 2021-ci il iyulun 7-də Azərbaycan Prezidentinin Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı və tarixi ədalətsizlik aradan qaldırıldı.

Möhtərəm Prezident öz çıxışında bildirmişdir ki, “ Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Azərbaycan Ordusu əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünülmüşdür və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki vermişdir”. Bu Möhtərəm Prezidentin vətəndaşlarına verdiyi yüksək qiymətin bariz nümunəsidir.

Şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüş zamanı Prezident xalqımızın üzləşdiyi ədalətsizliklərdən də bəhs etmişdir. Bildirmişdir ki, XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vurulmuşdur. Birincisi, 1920-ci ildə sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirmiş və həmin bölgədən bütün  azərbaycanlıları deportasiyaya etmişdir. Ikincisi, 1923-cü ilin 7 iyul tarixində qədim Azərbaycan torpaqlarında süni bir qurum olan Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmış və Xankəndi qəsəbəsinin adı dəyişdirilərək, əli xalqımız qanına batmış daşnak S.Şaumyanın şərəfinə Stepanakert adlandırılmışdır.

Zaman-zaman Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək tezisi ortaya atılmışdır. Bizim indiki gənc nəsil münaqişə ilə bağlı bütün tarixi həqiqətləri bilməlidir. Belə ki, 1940-1950-ci  və 80-cı illərin sonlarında planlı şəkildə qədim Azərbaycan torpaqları olan Ermənistandan azərbaycanlıların deportasiyası həyat keçirilmişdir. Məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra ermənilərin çoxdan hazırladığlı Qarabağın Ermənistana birləşdirilməsi planı gündəmə gətirlidi. Təəssüf ki, o zamanki Azərbaycanın  başçıları həmin planın həyat keçirilməsinə mane ola bilmədilər.

Bildiyiniz kimi, artıq Qarabağ və Şərqi Zəngəzur bögələrini bərpa etmək üçün xüsusi proqram qəbul olunmuşdur. Həmin proqram bir neçə ili əhatə edir və artıq birinci ilin proqramə icra olunur. Hal-hazırda işğaldan azad olunmuş bölgələrdə sürətli bərpa işləri gedir. Çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, bərpa işləri çox yüksək templə həyat keçirilir. Bütün görülən işlər ölkə başçısının nəzarəti altında həyata keçirilir.

Azərbaycan həm də Buirinci Qarabağ müharibəsi zamanı itgin düşmüş 4 mindən çox vətəndaşının taleyi ilə maraqlanır. Ermənilər bu günə qədər onların nə nəşini, nə də sağ qalanlarını bizə qaytarmamışdır. Amma biz onlardan fərqli olaraq ərazimizdə həlak olan erməni əsgərlərinin axtarışı üşün razılıq vermişik və artıq 1600-dən çox erməni cəsədi tapılımışdır. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq sivil və dünyəvi bir dövlətdir.

Ümumiyyətlə Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə qeyri-ciddi səslənir. Belə ki, Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir və sərbəst olaraq öz hesabına yaşaya bilmir. Deməli, müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Ermənistan parazit kimi yaşamağı sevir ki, bu da onların qul psixologiyası ilə bağlıdır. Heç bir zaman dövləti olmadığına görə yüz ildən çox vaxt keçsə də, hələ də qul olaraq qalıblar.

Azərbaycan dəfələrlə elan edib ki, rəsmi İrəvan hərbi cinayətkardır. Çünki uzun illər ərzində Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma aparmışlar. Onların törətdiyi bu hərbi cinayətə görə təkcə ermənistan deyil, həm də o cinayətlərə göz yuman tərəfdaşları da məsuliyyət daşıyırlar.

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri, fəal gənc Tamerlan Əkbərov