Şəhriyar Məmmədyarov çempion oldubackend

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi olub.

İctimai.az xəbər verir ki, 36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib.

Xallarının sayını 6-ya çatdıran Məmmədyarov çempion olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla heç-heçə edib. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.