Selenay Rüstəmova “İlin gənci” adına layiq görülübbackend

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Mədəniyyəti Sosial Platformasının birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibəti ilə “Gənclər həftəsi” çərçivəsində “Azərbaycanın qalib gəncləri” adlı tədbir və mükafatlandırma mərasimi keçirilib.

Nərimanov Rayon Gənclər və İdarəsi tərəfindən “2 fevral – Azərbaycan Gənclər Günü’nün təsis edilməsinin 25 illiyi münasibəti ilə gənclər sahəsində keçirilən tədbirlərin təşkilində və keçirilməsində göstərdiyi nümünəvi könüllülük fəaliyyətinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Selenay Rüstəmova “İlin gənci” adına layiq görülmüşdür.

Onuda qeyd edək ki Selenay Rüstəmova Bakı Biznes və Kooperasiya kollecini fərqlənmə diplomu ilə bitirmişdir.

2019-cu ildən etibarən könüllü olaraq fəaliyyət göstərir. Nərimanov Rayon Gənclər və İdman İdarəsində, 1 saylı Bakı ASAN Xidmət mərkəzində, YAP Nərimanov rayon təşkilatında, QEYD İB, Ədliyyə Könüllülərində, Təhsil aldığı Universitetin (UNEC) THİK, UNEC KT və UNEC Rəqəmsal Könüllüləri Təşkilatında fakultə sədri və başqa təşkilatlarda könüllü olaraq fəaliyyət göstərir.