Fuad Heydər: “Azərbaycan gəncləri bayramı qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirlər”backend

Artıq ikinci ildir ki, biz gənclər öz bayramımızı qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirik. Və qürur duyuruq ki, 30 illik həsrətə Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun igid əsgər və zabitlərinin gücü ilə 44 gün ərzində son qoyuldu. Və dünyaya sübut etdi ki, Azərbaycan gəncləri hər şeyə qadirdilər. Çünki Azərbaycan gəncləri yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərir, dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Bir gənc olaraq qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır.

2 fevralın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu bir daha Ulu öndərimizin Azərbaycan gəncliyinə olan böyük etimadının və diqqətinin nümunəsidir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, Onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır. Çünki hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır və bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə proqres varsa, deməli, o cəmiyyətdə gənclər də proqressiv, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən eyni həssaslıq və diqqətlə davam etdirilir, Azərbaycan gənclərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, ölkəmizdə gənclərin yüksəkixtisaslı təhsil alması, özünüinkişafı və potensiallarını reallaşdırmaları üçün hər cür şərait yaradılır. Gənclərlə bağlı dövlət proqramları və konsepsiyaların, o cümlədən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və çoxsaylı gənclər təşkilatlarının təqdirəlayiq fəaliyyəti nəticəsində Azərbaycanda müstəqillik illərində yüksək vətənpərvərliyi, dövlətimizə, milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlılığı ilə seçilən müasir və nümunəvi gənclər formalaşmışdır. Biz ona görə xoşbəxtik ki, bu yolun təməlini ulu öndərimiz Heydər Əliyev qoyub. Bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri, Prezidenti gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib.

Vətən müharibəsində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında zəngin, güclü Azərbaycanımızın bir qarışını da belə düşmənə verməmək üçün gənclər öz şücaətləri, milli ruhları, qəhrəmanlığı və fədakarlığı ilə Azərbaycanın yeni, şanlı tarixini yazdılar. Və bu gün Azərbaycan gənci olaraq igid, yenilməz, qalib Azərbaycan Ordumuzla fəxr edir, qürur duyuram. Çünki bu gün Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə malikdir. Çünki bu gün Azərbaycan regionda və dünyada sayılır və dövlətimizlə hesablaşırlar, diktə edən Qalib Liderimizdir! Və bu gün Azərbaycan gəncləri belə qüdrətli, zəngin, dünyada söz sahibliyinə malik, ən əsası qalib ölkənin vətəndaşları olmaları ilə fəxr etməlidirlər. Bu nailiyyətləri bizə qazandıran ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti və son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Onu da vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan olunması ilində həm də ölkəmizin, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 30 illiyinin qeyd ediləcək. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qeyd edir ki, Yeni Azərbaycan Partiyasına üzv olmaq böyük məsuliyyətdir. Biz Yeni Azərbaycan Partiyasının üzvləri olan gənclərimiz bu məsuliyyəti dərk etməlidir və bu gün elliliklə dərk edir və qələbələr partiyası olaraq xalqın, o cümlədən gənclərin böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rol oynadığını bir daha göstərir. Və 44 günlük İkinci Vətən Müharibəsi başlayarkən Ali Baş Komandan, Prezident İlham Əliyev “İrəli” çağırışı ilə gənclərimiz ayağa qalxdı.

Dövlət başçımız çıxışlarının birində belə bir fikir söyləmişdi: “Biz öz doğma torpaqlarımızı heç kimə verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq”. 44 gün davam edən Vətən Müharibəsinin Qələbə Zəfəri əldə etməklə bir daha dünyaya Azərbaycanın güclü Lideri olduğunu sübut etməklə, həmçinin güclü ordusunun, qəhrəman gəncləri olduğunu və öz doğma torpaqlarımızın bir qarışını da belə düşmən tapdağından azad etməyə qadir, qeyrətli oğulları olduğunu sübut etdi. Və biz gənclər hər zaman Cənab Prezidentin bizə göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün birlik nümayiş etdirməliyik. Bu gün Azərbaycan gəncliyi Ali Baş Komandanımızın çağırışına hazırdır və bu yoldan bizi heç kim, heç bir qüvvə döndərə bilməz. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!

FUAD HEYDƏR

YAP Səbail rayon təşkilatının əməkdaşı