Şəmkir Rayon Kür Qəsəbə Körpələr Evi-Uşaq Bağçasında Zəfər bayramı münasibəti ilə tədbir keçirilib – FOTObackend

Şəmkir Rayon Kür Qəsəbə Körpələr Evi-Uşaq Bağçasında Zəfər bayramı münasibəti ilə möhtəşm bir tədbir baş tutub.

İctimai.az xəbər verir ki, iki hissədən ibarət olan tədbirdə Şəmkir RİH başçısının müavini Aynur Abdullayeva, Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini Hafiz Pənahov, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.

Tədbir ilk olaraq Şanlı Zəfərimizə həsr olunmuş ağacəkmə aksiyası ilə baş tutub. Çinar  ağacları öncədən nəzərdə tutulmuş bağçanın həyətyanı ərazisinə əkilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra körpələrin əl işlərindən ibarət sərgi təşkil olunub.

Sonda bağçanın fidanları Zəfər günü ilə bağlı hazırladıqları kompazisiyaları nümayiş etdiriblər.