Seneqalın paytaxtı Dakarda Ukrayna səfirinin ölkədən çıxarılması tələbi ilə mitinq keçirilib. Bu barədə Agence de Presse Africaine (APA) məlumat yayıb.
Etiraz aksiyası düz Ukraynanın diplomatik missiyasının binası qarşısında keçirilib. Etirazçılar qonşu Malinin hökumət ordusuna qarşı son terror aktını açıq şəkildə dəstəkləyən Ukrayna səfiri Yuri Pivovarovun ölkədən çıxarılmasını tələb ediblər.
Polis aksiyanın ən fəal iştirakçılarından 12-ni saxlasa da, bir neçə saat sonra onlar sərbəst buraxılıblar.
Mənbə: TASS