Tramp seçkilərdə qalib gələcəyi təqdirdə administrasiyasının sürpriz üzvünün adını çəkirbackend

Qarşıdan gələn noyabr seçkilərində Respublikaçılar Partiyasının namizədi olan keçmiş ABŞ prezidenti Donald Tramp yarışdan çəkilmək və onu dəstəkləmək qərarına gələrsə, kiçik Robert Kennedini administrasiyası üçün nəzərdən keçirməyə hazır olduğunu bildirib. Bu barədə CNN məlumat yayıb.

Avqustun 20-də müstəqil namizəd kiçik Robert Kennedinin köməkçisi Nikol Şanahan bildirib ki, o, seçkidən çəkilə və Respublikaçılar tərəfindən irəli sürülən Trampı dəstəkləyə bilər.

CNN-ə müsahibəsində bu məlumatı şərh edən Tramp qeyd edib ki, Kennedinin dəstəyini almaqdan şad olacaq, çünki o, “onu həmişə bəyənib”.

Mənbə: CNN