Serb Respublikası Qazprom ilə uzunmüddətli müqavilə imzalamaq istəyirbackend

Bosniya və Herseqovinanın bir hissəsi olan Srpska Respublikasının hakimiyyəti Rusiya qazının tədarükü ilə bağlı “Qazprom”la uzunmüddətli müqavilə bağlamaq niyyətindədir.

Bu barədə “İzvestiya” qəzeti hökumətin ictimaiyyətlə əlaqələr bürosuna istinadən məlumat yayıb.

Hökumət qeyd edib ki, Rusiya ilə əməkdaşlıq regionun enerji sektoru üçün əsas olaraq qalır, çünki respublika uzun müddətdir ki, regionda ən sərfəli qiymətə qaz alır. Səlahiyyətlilər bildiriblər ki, onların məqsədi bu cür şərtləri yeni uzunmüddətli müqavilədə təsbit etməkdir.

“Məqsədimiz qaz tədarükü üçün uzunmüddətli müqavilə əldə etməkdir və biz əminik ki, “Qazprom” Bosniya və Herseqovinadakı bütün xalqların razılaşmalarını dəstəkləyəcək”, – Nazirlər Kabineti əlavə edib.