Serbiya hakimiyyəti Kiyevə silah tədarük etməyə razılaşıb və ya artıq göndərib.
Bu barədə “Reuters” agentliyi Pentaqonun məxfi sənədinə istinadla xəbər verir.
Hansı miqdarda və hansı növ silahların çatdırıla biləcəyi barədə məlumat verilmir.
Bildirilir ki, orada Ukraynanın hərbi yardımla bağlı müraciətlərinə cavab olaraq 38 Avropa ölkəsinin “təxmini mövqeləri”nin sadalandığı qrafik var. Sənədin bir neçə kateqoriyası var: Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün təlim və ölümcül yardım göstərməyi öhdəsinə götürmüş dövlətlər; artıq ölümcül yardım, təlim və ya hər ikisini təmin etmiş ölkələr; eləcə də gələcəkdə Ukraynaya yardım etmək üçün “hərbi qabiliyyəti və siyasi iradəsi” olan dövlətlər.\
İctimai.az

