Türkiyənin Ankara şəhərində bir yaşayış binasında gurultulu partlamada ölən var.
Bu barədə “Habertürk” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, partlayış yaşayış binasının üçüncü mərtəbəsində baş verib. Səbəblərin hələ müəyyən edilmədiyi qeyd edilir. Bildirilir ki, partlayış barədə məlumat verildikdən sonra əraziyə yanğınsöndürmə və tibb qrupları, eləcə də polis göndərilib.
“Partlayışın baş verdiyi mənzilin divarları və qonşu mənzil uçub, yaşayış binasının qarşısında dayanmış bir neçə avtomobilə də ziyan dəyib”, – Habertürk bildirib.
İctimai.az













