Serbiya ordusu Kosovo ilə sərhəddə mövqelər tutubbackend

TASS xəbər verir ki, xalqa müraciəti zamanı Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin silahlı qüvvələrinin Kosovo ilə inzibati sərhəddə yerləşdirildiyini bəyan edib.

“Biz qüvvələrimizi vəziyyətə uyğun olaraq zəruri hesab etdiyimiz yerlərdə yerləşdirmişik”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, serb qoşunları “bəzi yerlərdə patrul edəcək”.

“Biz Serb xalqının talanına imkan verməyəcəyik”, – deyə siyasətçi əlavə edib.

Mənbə: TASS