Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında “Bayraktar” zərbə vuran pilotsuz təyyarələrin istehsalı ilə bağlı müqavilə imzalanıb

Səudiyyə Ərəbistanının dövlət hərbi-sənaye şirkəti SAMI ilə Türkiyənin Baykar şirkəti arasında hücum pilotsuz uçuş aparatlarının istehsalının lokallaşdırılmasına dair müqavilə imzalanıb. Bu barədə “RİA Novosti” “Twitter”dəki SAMI mikrobloquna istinadən məlumat yayıb.

SAMI-nin açıqlamasında deyilir ki, müqavilə Bayraktar Akıncı pilotsuz təyyarələri və sistemlərinin Səudiyyə Ərəbistanında istehsalına icazə verəcək.

SAMI qeyd edib ki, saziş Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ilə Baykar arasında əvvəllər imzalanmış iki müqavilənin davamıdır.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər