Uşaq yaşından, vəziyyətindən və şəxsiyyət xüsusiyyətlərindən asılı olaraq müxtəlif səbəblərdən yalan danışır. Məsələn, bu, fantaziya, cəza qorxusu və ya etiraz ola bilər. Bu barədə Qazeta.Ru-ya biznes psixoloqu, Dr.Anikina’s Clinic-in klinik psixoloqu və Ekoloji Psixoloq Zen kanalının müəllifi Stanislav Samburski məlumat verib.
Məsələn, azyaşlı uşaqlar (2-4 yaş) tez-tez reallıqla fantastikanı qarışdırır, hekayələr uydurmağı, rol oynamağı sevirlər.
“Onlar üçün yalan danışmaq onların yaradıcı təfəkkürünü və özünüifadəsini inkişaf etdirmək üsuludur. Onlar qəsdən yalan danışmırlar, sadəcə öz dünyalarında yaşayırlar”, – ekspert izah edib.
Mənbə: Gazeta.Ru

