Xilasedicilər Kaxovskaya Su Elektrik Stansiyasının dağılması nəticəsində daha iki nəfərin cəsədini tapıblar, RİA Novosti fövqəladə hallar xidmətinin nümayəndələrinə istinadən xəbər verir.
Qeyd olunur ki, ölənlərin sayı 57-yə çatıb. Daha 175 sakin hipotermiya və digər xəsarətlərlə bağlı tibb müəssisələrinə müraciət edib.
Bundan əvvəl “Taqan” çağırış nişanlı rusiyalı hərbçi iddia edirdi ki, Kaxovka su elektrik stansiyası partladılan andan Ukrayna hərbçilərinin təxribat-kəşfiyyat qrupları (DRQ) daha fəal fəaliyyətə başlayıb.
Mənbə: RİA Novosti













