Səudiyyə Ərəbistanının gəlirləri azalmağa başladı

Səudiyyə Ərəbistanının digər ölkələrə neft satışından əldə etdiyi gəlirlər bir ildə üçdə bir azalıb. Bu barədə Krallığın Baş Statistika Departamentinə istinadən Bloomberg agentliyi məlumat yayıb.

Son məlumatlara görə, 2023-cü ilin mayında emal olunmuş məhsullar da daxil olmaqla xaricə neft tədarükü 19,2 milyard dollara düşüb ki, bu da 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyədir. Eyni zamanda, neft satışının ümumi ixracda payı 74%-ə qədər azalıb. Baxmayaraq ki, bir il əvvəl bu rəqəm 81% idi.

Agentliyin məlumatına görə, 2022-ci ilin sonunda ölkə qiymətlərin və istehsal həcminin artması fonunda gözlənilmədən yüksək gəlir əldə edib. Lakin artıq bu il neft hasilatı könüllü olaraq sutkada 1 milyon barel azaldılmalı idi.

Mənbə: Bloomberg

Oxşar xəbərlər