Ukrayna F-16-nın iştirakı ilə yeni taxıl dəhlizinin işə salınmasının mümkünlüyünü açıqlayıbbackend

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “France 24” telekanalının efirində bildirib ki, Ukrayna F-16-ları aldıqdan sonra taxıl ixracı üçün qorunan dəhliz işə sala biləcək.

“Əgər F-16-larımız olsa, Ukrayna taxılını qlobal bazarlara ixrac etmək baxımından Rusiyadan <…> asılı olmayacağıq. Onları nə qədər tez qəbul etsək, yeni qorunan dəhlizi bir o qədər tez işə sala bilərik”, – deyə Kuleba əlavə edib ki, təyyarələrin tədarükü ilə bağlı məsələ “artıq həll olunub”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bəyan edib ki, bir sıra şərtlər yerinə yetirilərsə, Moskva taxıl sazişinə qayıdacaq. “İzvestiya”nın yazdığı kimi, o, digər məsələlərlə yanaşı, Rusiya taxılının və gübrələrinin dünya bazarlarına tədarükü ilə bağlı sanksiyalardan real olaraq geri çəkilməyin, habelə ərzaq və gübrələrin tədarükü ilə məşğul olan Rusiya bankları və maliyyə institutları üçün bütün maneələrin aradan qaldırılmasının zəruriliyini qeyd edib.

Mənbə: TASS