Shafaq News: Suriya və İordaniya sərhədindəki ABŞ bazasına hücum edən pilotsuz təyyarələr İraqdan buraxılıb

ABŞ və Qərb koalisiyasının İordaniya və Suriya sərhədindəki Əl-Tənf bölgəsindəki hərbi bazasına hücumda iştirak edən pilotsuz təyyarələr İraq ərazisindən buraxılıb. Bu barədə İraqın “Shafaq News” xəbər portalı məlumat yayıb.

Mövcud məlumata görə, pilotsuz uçuş aparatları İraqın Ənbar əyalətinin Rutba şəhərindən buraxılıb. Amerikalılara edilən hücuma görə məsuliyyət İraqın İslam Müqaviməti hərəkatının bir hissəsi olan Kataib Hizbullah qruplaşmasının üzərinə düşür.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Vaşinqtonun İordaniya və Suriya sərhədindəki ABŞ hərbi bazasına endirdiyi zərbəyə cavab verəcəyini bildirmişdi.

  1. Mənbə: Shafaq News

Oxşar xəbərlər