Şimali Koreya yanvarın 28-də sualtı qayıqdan iki yeni Pulhvasal-3-31 qanadlı raketini uğurla buraxıb. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin məlumatına görə, sınaqlara şəxsən Kim Çen In rəhbərlik edib. Raketlər təxminən iki saat uçuşda olub, bundan sonra şərti hədəfləri vurublar. Qeyd olunur ki, KXDR lideri sınaq nəticələrindən razı qalıb.
Yanvarın 28-də Yonhap Xəbər Agentliyi KXDR-in şərq sahillərindən bir neçə qanadlı raket atdığını yazıb. Agentlik dəqiqləşdirib ki, raketlər Yapon dənizi istiqamətində atılıb.
Mənbə: KCNA

