Sibirdə 1000 km uçuş məsafəsinə malik təkrar istifadə edilə bilən PUA yaradılıbbackend

“İzvestiya” yazır ki, Sibirdə 1000 km uçuş məsafəsinə malik böyük pilotsuz təyyarənin prototipi yaradılıb.

Materiala görə, layihə “Pilotsuz Təyyarə Sistemləri” tədqiqat və istehsal mərkəzi tərəfindən həyata keçirilir. Yazın sonu – payızın əvvəlində pilotsuz təyyarənin havaya buraxılması və Sibir tayqasında sınaqdan keçirilməsi planlaşdırılır.

Qəzetin yazdığına görə, ilkin plan PUA-dan bir-birindən çox uzaqda yerləşən yaşayış məntəqələri arasında nəqliyyat vasitəsi kimi istifadə etmək olub. Ancaq indi pilotsuz təyyarə hərbi nəqliyyat və ya bombardmançı pilotsuz təyyarə kimi də tələbat olacaq. O, uçuş-enmə zolağı tələb etmir, paraşütlə konteynerləri yerə endirə bilir və ən azı 200 kq faydalı yük daşımağa qadirdir.

“Dronun ölçüləri heyranedicidir: gövdəsinin uzunluğu təqribən 6 m, qanadlarının açıqlığı isə təqribən 10. Pilotsuz təyyarə 100 at gücünə malik porşenli mühərriklə təchiz edilib və 150-180 km/saat sürətlə 1000 km-ə qədər məsafədə uça biləcək”, – məqalədə deyilir.