ANSA xəbər verir ki, Siciliya sahillərində balıqçı gəmisində 5,3 ton ağırlığında və 850 milyon avro dəyərində rekord kokain partiyası aşkar edilərək götürülüb.
Nəşrin məlumatına görə, insidentdən sonra 20 nəfər, o cümlədən gəminin ekipajının beş üzvü, habelə narkotikin daşındığı Palau bayrağı olan ticarət gəmisindən daha 15 nəfər həbs edilib.
Palau bayraqlı gəmidə həbs edilən 15 nəfərin arasında Ukrayna, Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu bildirilir. İtaliyanın maliyyə polisinin gəmiləri onları Palermo limanına çatdırıb.
Mənbə: ANSA