Şimali Koreya ordusunun əsgəri demarkasiya xəttini keçərək Cənubi Koreya ərazisinə qaçıb. Bu barədə Seul xəbər agentliyi Yonhap məlumat yayıb.
Cənubi Koreya ordusunun nümayəndələri bildiriblər ki, onlar KXDR əsgərinin demarkasiya xəttindən keçməsini qeydə alıb, onun sonrakı hərəkətlərini izləyib, sonra isə onu nəzarətə götürüblər. Məlum olub ki, defektor çavuş rütbəsinə malikdir. Hazırda o, Cənubi Koreyanın müvafiq strukturlarına verilib.
İnsident Cənubi Koreya ordusunun 22-ci diviziyasının məsuliyyət daşıdığı ərazidə, Qanqvon əyalətinin Qosonq dairəsində baş verib.