Şimali Koreya keçən həftə partladıb iki Koreya dövlətini birləşdirən yolda naməlum tikililər tikir. Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Nəzərdə tutulur ki, bu strukturlar beton sərhəd maneələri üçün çərçivə rolunu oynaya bilər.
Oktyabrın 17-də məlum olub ki, ərazi demarkasiyası siyasəti çərçivəsində KXDR Cənubi Koreya ilə nəqliyyat əlaqələrini tamamilə kəsib. KCNA-nın verdiyi məlumata görə, Şimali Koreya hərbçiləri müvafiq olaraq Qanqvon əyalətinin Qoseonq qraflığının Qamho kəndində və Kesonq şəhərinin Panmun rayonunun Donqnae kəndində 60 metr uzunluğunda avtomobil və dəmir yollarını partladıblar.
Mənbə: RİA Novosti