Münhen prokurorluğu 2024-cü ilin aprelində Bavariyada iki ukraynalı hərbçini qətlə yetirməkdə şübhəli bilinən Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb. Bu barədə Euronews xəbər verir.
Təqsirləndirilən şəxsin adı açıqlanmayıb. Həmin şəxs hazırda Münhenin Stadelhaym həbsxanasında saxlanılır.
Ukrayna hərbçilərinin qətli Murnau şəhərində baş verib. Polisin məlumatına görə, ticarət mərkəzinin ərazisində bıçaq xəsarətləri olan iki kişi aşkar edilib. Onlardan biri aldığı ağır bədən xəsarətlərindən yerindəcə keçinib, ikincisi xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, zərərçəkmişi xilas etmək mümkün olmayıb.
Mənbə: Euronews