Şimali Koreya təlimlər zamanı Nüvə əks-hücum hazırlığını tətbiq edibbackend

Şimali Koreyada ölkə lideri Kim Çen Inın rəhbərliyi altında bütün bölmələrin təcili olaraq nüvə əks-hücumuna hazır vəziyyətə keçməsi üçün təlimlər keçirilib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Təlimlərdə 600 mm-lik uzunmənzilli çoxsaylı buraxılış raket sistemi və “Hwasong-11” taktiki ballistik raketindən istifadə edilib.

Agentlik təlimlərin məqsədinə nail olunduğunu vurğulayıb.