Slovakiya ukraynalı qaçqınlardan pul qazanmağa başlayıbbackend

Slovakiyanın ukraynalı qaçqınlardan əldə etdiyi gəlir ilk dəfə olaraq ölkənin xərclərini üstələyib.

Bu barədə “Hlas” partiyasından baş nazirin müavini Petr Kmec tərəfindən hazırlanmış sənədə istinadən “Dennik N” nəşri məlumat yayıb.

Partiyası hakim koalisiyanın bir hissəsi olan Kmec Slovakiya hökumətinin Maliyyə Siyasəti İnstitutunun məlumatlarına istinad edir. Bu məlumatlara görə, Ukraynadan olan qaçqınlar 2024-cü ildə gəlir vergisi, məcburi ödənişlər və ƏDV hesabına Slovakiya dövlətinin gəlirini 217 milyon avro artırıb. Bildirilir ki, 2023-cü illə müqayisədə bu məbləğ ən azı üçdə bir artıb.

Eyni zamanda, ukraynalı qaçqınlar üçün xərclər daha az məbləğ təşkil edib – cəmi 98 milyon avro, bu məbləğin üçdə ikisi (65 milyon avro) Avropa İttifaqı tərəfindən ödənilib. Qeyd olunur ki, 2022-ci ildən 2024-cü ilə qədər Slovakiya Ukraynadan olan qaçqınlara dəstək üçün ümumilikdə 504 milyon avro xərcləyib.