“10 ədəd siqaret üçün olan artım 7 qəpikdir. Bir ədədinə hesablasaq, 0.7 qəpik düşür. Bir qutuda 20 ədəd siqaret olduğunu nəzərə alsaq, bir qutuya artım 14 qəpikdir”.
Bunu bir sıra tütün məhsulları üçün aksiz dərəcələrinin artımını iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Ekspert siqarlarla bağlı vəziyyətin başqa cür olduğunu qeyd edib:
“Siqarlarda bir ədədə görə artım 0.25 qəpikdir. 10 ədədlik qutunun artım qiyməti 2 qəpik yarım təşkil edir. Ona görə də siqarların qiymətində ciddi bir artım olmayacaq, amma siqaretin qiymətində 15-20 qəpik artım gözlənilir.