Respublikanın hakim koalisiyasına daxil olan “Səs – Sosial Demokratiya” partiyasının sədr müavini Riçard Raşi Slovakiya Milli Şurasının (parlamentinin) spikeri seçilib.
Bu barədə TASR xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 150 yerlik parlamentdə hökumət koalisiyasının dəstəyinə arxalandığı 79 deputatın hamısı Raşinin spiker seçilməsinə səs verib. Qalib gəlmək üçün o, ən azı 76 səs toplamalı idi. Eyni zamanda Slovakiya müxalifətini təmsil edən parlamentarilər Raşiyə dəstək verməkdən imtina ediblər.