Slovakiyanın təhlükəsizlik xidmətləri ölkənin baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdi fonunda dövlət qulluqçularının və media nümayəndələrinin müdafiəsini gücləndirib. Bu barədə çıxışı Slovakiya televiziyası tərəfindən yayımlanan ölkənin xarici işlər naziri Matus Szutai-Eştok bildirib.
O əlavə edib ki, təkcə Slovakiyanın təhlükəsizlik xidmətləri deyil, həm də regional polis idarələri də cəlb olunub.
Matus Szutai-Eştok həmçinin Slovakiyanın baş naziri Robert Fikonu bir neçə dəfə güllələyən Juraj Cintula-nın hökumət əleyhinə etirazlarda iştirak etdiyini, lakin radikal qruplarla əlaqəsi olmadığını bildirib.
Mənbə: A Haber