Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz gəmi Qara dənizdə məhv edilibbackend

Qara dənizin qərb hissəsində Krım yarımadası istiqamətində hərəkət edən Ukrayna Hərbi Dəniz Qüvvələrinin pilotsuz kateri aşkar edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Moskva vaxtı ilə saat 15.30 radələrində Qara dənizin qərb hissəsində Krım yarımadasına doğru hərəkət edən Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz qayıq aşkar edilib”, – məlumatda deyilir.

Departament həmçinin əlavə edib ki, qayıq Hərbi Dəniz Qüvvələrinin standart dəniz aviasiya silahından məhv edilib.

Mənbə: TASS