“Son hadisələr İlham Əliyevin nə qədər dəqiq, sərrast və uzaqgörən siyasətçi olduğunu göstərdi” – Səbuhi Abbasovbackend

Bu sözləri 7NEWS.az saytının rəhbəri, internet-media ekspert Səbuhi Abbasov Ukrayna-Rusiya müharibəsinə münasibət bildirərkən deyib: “Əslində, Ukrayna hadisələri 44 günlük savaşdan sonra bəzi insanların suallarını cavablandırdı. Düzdür, o suallar verilməməli idi, ancaq təəssüf ki, belə insanlar var idi. Pafos, yüngül çağırışlar, real vəziyyətə adekvat olmayan addımlar siyasi gedişatın tarazlığı pozar, irimiqyaslı hərbi əməliyyatlara çevrilə bilərdi. Qətiyyətlə demək olar ki, 10 noyabr bəyannaməsi, Şuşa bəyannaməsi, Rusiya ilə imzalanan müttəfiqlik aktı birmənalı şəkildə İlham Əliyevin tarixi qələbələridir. Bu qələbələrin müəllifi Ali Baş Komandan və Şanlı Ordumuzdur, bu qələbə xalqımızındır. Biz savaşda tək idik, Fransa və bəzi Avropa ölkələrinin təzyiqlərini, ümid edirəm, unutmamısınız. Türkiyənin mənəvi dəstəyindən başqa real olaraq heç kim yanımızda olmadı, ordumuz, sadəcə Azərbaycan oğulları Ali Baş Komandanın rəhbərliyi, düzgün taktikası və siyasi gedişləri ilə düşmənin başını əzdi, dünyadakı erməni mifini, erməni faşizmini darmadağın etmiş oldu. Allah Şəhidlərimizə rəhmət eləsin! Artıq Paşinyan yeganə çıxış yolunu nəinki qəbul etdi, hətta bəyan etdi: Sülh müqaviləsi imzalamaq və Azərbaycanın ərazi bütövlüyünü tanımaq! Gerisi təfərrüatdır… Hələlik bu qədər!”