Rusiya – Ukrayna danışıqlarında müvəqqəti atəşkəs qərarı alınıbbackend

Rusiya – Ukrayna danışıqlarının ikinci raundu başa çatıb.

Bu barədə Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyak məlumat verib.

Podolyakın sözlərinə görə, tərəflər müvəqqəti atəşkəsi və humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər.

“Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək”, – deyə Podolyak bildirib.

Mənbə: TASS